BAKI, 31 may. TELEQRAF
UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünün ən çox gəlir əldə edən klubları bəlli olub.
Teleqraf xəbər verir ki, siyahıya turnirin qalibi PSJ başçılıq edir.
Mövsümün yekunlarına əsasən, PSJ Çempionlar Liqasından 145,9 milyon avro gəlir əldə edib. Finalda uduzan “Arsenal” isə 143,2 milyon avro qazancla ikinci pillədə qərarlaşıb.
Bu mövsüm Çempionlar Liqasında 7 klubun gəliri 100 milyon avro həddini keçib.
PSJ – 145,9 milyon avro
“Arsenal” – 143,2 milyon avro
“Bavariya” – 127,3 milyon avro
“Liverpul” – 109,5 milyon avro
“Atletiko” – 104,2 milyon avro
“Real” – 102,6 milyon avro
“Barselona” – 100,3 milyon avro
Qeyd edək ki, Paris təmsilçisi finalda “Arsenal”ı penaltilər seriyasında məğlub edərək kuboku ardıcıl ikinci dəfə başı üzərinə qaldırıb. Əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə qalib penaltilər seriyasında müəyyənləşib.