BAKI, 31 may. TELEQRAF
Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək.
Teleqraf xəbər verir ki, pley-off raundunun ilk oyun günündə 4 qarşılaşma baş tutacaq.
Günün ilk matçında Bosniya və Herseqovina millisi Macarıstanla üz-üzə gələcək. Daha sonra Bolqarıstan Fransa ilə, Polşa Gürcüstanla, Ukrayna isə Portuqaliya ilə qarşılaşacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinin digər 4 oyunu iyunun 1-də keçiriləcək. Azərbaycan millisi həmin gün Qazaxıstanla qarşılaşacaq.