BAKI, 31 may. TELEQRAF

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Teleqraf xəbər verir ki, “Sabah”ın qapıçısı Rəvan Mirzəmmədov zədə səbəbindən düşərgədən ayrılıb.

Onun əvəzinə “Neftçi”nin qolkiperi Nurəziz Əzizov U-21 millisinə dəvət olunub.

Qeyd edək ki, mayın 28-dən Bakıda bir araya gələn yığmamız bu gündən iyunun 10-dək Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq. Azərbaycan millisi Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, iyunun 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirəcək.