BAKI, 30 may. TELEQRAF
UEFA Çempionlar Liqasının qalibi müəyyənləşib.
Teleqraf xəbər verir ki, Budapeştdə keçirilən final matçında PSJ və “Arsenal” üz-üzə gəlib.
Görüşün əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq oynayan Paris təmsilçisi 4:3 hesabı ilə qələbə qazanaraq kuboka sahib çıxıb.
Finalın ən yaxşı futbolçusu PSJ-nin yarımmüdafiəçisi Vitinya seçilib.
Qeyd edək ki, PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi olub. Luis Enrikenin komandası 2025-ci ildə finalda “İnter”i 5:0 hesabı ilə məğlub etmişdi.