BAKI, 30 may. TELEQRAF
PSJ-nin futbolçusu Usman Dembele UEFA Çempionlar Liqasının finalında “Arsenal”a qarşı oyunu sona qədər davam etdirə bilməyib.
Teleqraf xəbər verir ki, fransalı hücumçu əlavə vaxtda zədələnərək meydanı tərk etmək məcburiyyətində qalıb.
Dembele qarşılaşmanın 90+6-cı dəqiqəsində Qonsalo Ramosun əvəzinə meydana daxil olmuşdu. Lakin təcrübəli futbolçu final fitinə qədər meydanda qala bilməyib.
Qeyd edək ki, Dembele PSJ-nin matçdakı yeganə qoluna imza atıb.