BAKI, 30 may. TELEQRAF

UEFA Çempionlar Liqasının finalında 8 ildən sonra maraqlı göstərici qeydə alınıb.

Teleqraf xəbər verir ki, həlledici matçda həm "Arsenal", həm də PSJ fərqlənməyi bacarıb.

Bu, 2017/18 mövsümündən sonra Çempionlar Liqasının finalında ilk belə haldır. Sonuncu dəfə həmin mövsüm finalda “Real” “Liverpul”u 3:1 hesabı ilə məğlub etmişdi və hər iki komanda qol vurmuşdu.

Sonrakı finallarda isə tərəflərdən biri meydanı qolsuz tərk etmişdi.

Qeyd edək ki, Çempionlar Liqasının finalı Budapeştdə keçirilir.