BAKI, 30 may. TELEQRAF

UEFA Çempionlar Liqasının finalında PSJ ilə “Arsenal” üz-üzə gəlir.

Teleqraf "Opta"ya istinadla xəbər verir ki, Budapeştdə keçirilən qarşılaşmaya London klubu sürətli başlayıb.

“Arsenal”ın hücumçusu Kay Havertz matçın 6-cı dəqiqəsində hesabı açıb. Almaniyalı futbolçu PSJ müdafiəsinin səhvindən sonra yaranan fürsəti dəqiq zərbə ilə qola çevirib.

Havertz Çempionlar Liqası tarixində iki fərqli klubun heyətində finalda qol vuran üçüncü futbolçu olub. O, 2021-ci ildə də “Çelsi”nin heyətində finalda “Mançester Siti”yə qarşı fərqlənmiş və London klubuna 1:0 hesablı qələbə qazandırmışdı.

Daha əvvəl bu göstəriciyə yalnız Mario Mandzukiç və Kriştianu Ronaldu imza atmışdı. Mandzukiç “Bavariya” və “Yuventus”, Ronaldo isə “Mançester Yunayted” və “Real”ın heyətində Çempionlar Liqası finalında qol vurub.

Qeyd edək ki, PSJ – “Arsenal” matçı hazırda davam edir.