BAKI, 30 may. TELEQRAF
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında Fransa yığmasını məğlub edib.
Teleqraf xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupundakı üçüncü matçında Fransanı 3:2 məğlub edib.
"Tipos Arena"da keçirilən qarşılaşmadan sonra yığma komandamız qrupu lider başa vurub.
Fransa 4 xalla ikinci, Avstriya 3 xalla üçüncü, İtaliya 1 xalla sonuncu yeri tutub.