BAKI, 30 may. TELEQRAF
“Qalatasaray”ın qış transfer pəncərəsində heyətinə qatdığı Yaser Asprillanın gələcəyi bəlli olub.
Teleqraf "AS" nəşrinə istinadla xəbər verir ki, kolumbiyalı futbolçu mövsümün sonunda İstanbul təmsilçisindən ayrılacaq.
“Qalatasaray” icarə əsasında heyətinə qatdığı 22 yaşlı yarımmüdafiəçinin transfer hüququnu almaq niyyətində deyil. Bu səbəbdən Asprilla müqavilə ilə məxsus olduğu “Jirona”ya qayıdacaq.
2030-cu ilə qədər İspaniya klubu ilə müqaviləsi olan futbolçunun “Jirona”da qalması mümkündür.
Qeyd edək ki, Yaser Asprilla “Qalatasaray”ın heyətində 9 matçda meydana çıxıb və qol vura bilməyib.