BAKI, 30 may. TELEQRAF

“Barselona”nın futbolçusu Ansu Fati karyerasını “Monako”da davam etdirməyə yaxındır.

Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, 23 yaşlı hücumçu Kataloniya klubundan birdəfəlik ayrılmağa hazırlaşır.

“Barselona” yetirməsi icarə əsasında çıxış etdiyi “Monako”da qalmağa müsbət yanaşır.

Fransa klubu Fatinin transfer hüquqlarını almaq üçün müqavilədəki 11 milyon avroluq satınalma bəndini aktivləşdirib.

Qeyd edək ki, Ansu Fati ötən mövsüm “Monako”nun heyətində bütün turnirlər daxil olmaqla 30 matçda meydana çıxıb və 13 qol vurub.