Harri Keyn UEFA Çempionlar Liqasında tarixi göstəriciyə imza atıb.
Teleqraf xəbər verir ki, ingiltərəli hücumçu yarımfinalda PSJ-yə qarşı keçirilən oyunda fərqlənməyi bacarıb. Lakin onun qolu “Bavariya”nı məğlubiyyətdən xilas etməyib və Almaniya nəhəngi turnirlə vidalaşıb.
Buna baxmayaraq, Keyn şəxsi statistikası ilə diqqət çəkməyə davam edib. Təcrübəli forvard ardıcıl 6 Çempionlar Liqası pley-off matçında qol vuraraq nadir nailiyyətə imza atıb.
Bu göstərici sonuncu dəfə 2012/2013 mövsümündə həmin dövrdə “Real Madrid”in formasını geyinən Kriştianu Ronaldu tərəfindən qeydə alınmışdı.