BAKI, 7 may. TELEQRAF
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra bombardirlər siyahasında gərgin rəqabət yaranıb.
Teleqraf xəbər verir ki, hazırda turnirin ən məhsuldar futbolçuları sırasında “Real Madrid”in hücumçusu Kilian Mbappe (15 qol, 1 assist), “Bavariya”nın forvardı Harri Keyn (14 qol, 2 assist) və PSJ-nin vingeri Xviça Kvaratsxeliya (10 qol, 6 assist) yer alır.
Keyn yarımfinalda vurduğu qolla, Kvaratsxeliya isə etdiyi məhsuldar ötürmə ilə Mbappeyə bir qədər də yaxınlaşıb.
Kvaratsxeliya Çempionlar Liqasındakı son 7 oyunun hər birində ya qol vurub, ya da məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Arsenal”ın “Atletiko Madrid”i, PSJ-nin isə “Bavariya”nı mübarizədən kənarlaşdırması ilə finalçılar müəyyənləşib. Mayın 30-da keçiriləcək həlledici görüşdə London və Paris təmsilçiləri üz-üzə gələcək.