BAKI, 7 may. TELEQRAF

Bu gün UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

Teleqraf xəbər verir ki, Arda Turanın rəhbərlik etdiyi "Şaxtyor Donetsk" Premyer Liqa təmsilçisi "Kristal Palas"ın qonağı olacaq. Bu cüt arasındakı ilk qarşılaşma ingilislərin 3:1 hesablı qələbəsi ilə yekublaşıb.

Arda Turanın komandası mərhələ adlarsa, o, Fatih Terimdən sonra UEFA bayrağı altında təşkil olunan turnirlərdə finala vəsiqə qazanan ikinci məşqçi olacaq.

Günün digər görüşündə isə "Strasburq" "Rayo Valyekano"nu qəbul edəcək. Tərəflər arasındakı ilk matçda "Rayo Valyekano" minimalhesablı qələbə qazanıb - 1:0.

Qeyd edək ki, turun hər iki görüşü Bakı vaxtilə saat 23:00-da start götürəcək.