BAKI, 6 may. TELEQRAF

2024-cü ildə “Barselona”dan ayrıldıqdan sonra heç bir komandaya rəhbərlik etməyən Xavi Hernandes yenidən məşqçiliyə qayıda bilər.

Teleqraf “Independent” nəşrinə istinadla xəbər verir ki, kataloniyalı mütəxəssisə İngiltərə Premyer Liqasında ciddi maraq yaranıb.

Məlumata görə, “Çelsi” yeni mövsüm üçün baş məşqçi postuna Xavini gətirməyi planlaşdırır.

“Barselona”da üç mövsüm çalışan və bu müddətdə La Liqa klubu ilə İspaniya Superkubokunun qalibi olan 44 yaşlı mütəxəssis 2024-cü ildən bəri işsizdir. London klubunun rəhbərliyi isə komandanı uzunmüddətli layihə əsasında yenidən qurmaq niyyətindədir.

“Çelsi” rəhbərliyi Xavinin gəlişi ilə komandada və klub strukturunda sabitlik yaratmağı hədəfləyir.

Namizədlər siyahısında Xabi Alonso, Sesk Fabreqas, Françesko Farioli və Andoni İraolanın adları hallansa da, London təmsilçisi üçün əsas favorit məhz Xavi hesab olunur.