BAKI, 5 may. TELEQRAF
Bu gün Türkiyə Kubokunun yarımfinal oyunlarına start verilib.
Teleqraf xəbər verir ki, turun ilk matçında "Beşiktaş" və "Konyaspor" komandaları “Tüpraş Stadionu”nda üz-üzə gəlib.
Görüş qonaqların minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
"Konyaspor" 90+6-cı dəqiqədə Enis Berdinin vurduğu penalti qolu ilə finala vəsiqə qazanıb.
Qeyd edək ki, Konya təmsilçisi daha əvvəl 2016/17 mövsümündə kuboku qazanmışdı.