BAKI, 5 may. TELEQRAF

Türkiyə Kubokunda yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək.

Teleqraf xəbər verir ki, “Beşiktaş” doğma meydanda “Konyaspor”u qəbul edəcək.

Tüpraş Stadionunda baş tutacaq qarşılaşma saat 20:30-da start götürəcək.

Yarımfinal mərhələsinin oyunları tək matçdan ibarət olduğundan qalib komanda birbaşa finala yüksələcək.

“Beşiktaş” indiyə qədər Türkiyə Kubokunu 11 dəfə qazanıb. İstanbul təmsilçisi bu mövsüm turnirdə 12-ci kubokunu əldə etməyi hədəfləyir.

“Konyaspor” isə tarixində ikinci dəfə bu uğuru təkrarlamaq istəyir. Konya klubu ilk və hələlik yeganə kubokunu 2016/17 mövsümündə qazanıb. Həmin vaxt komanda finalda “Başakşehir”i penaltilər seriyasında məğlub edərək tarix yazmışdı.