BAKI, 5 may. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında XXX tura yekun vurulacaq.

Teleqraf xəbər verir ki, son oyun günündə 1 qarşılaşma baş tutacaq.

“Karvan-Yevlax” doğma meydanda “Neftçi”ni qəbul edəcək.

Rauf Cabarovun idarə edəcəyi görüş saat 16:00-da Yevlax şəhər stadionunda baş tutacaq.

Avrokuboklara vəsiqə üçün mübarizə aparan “ağ-qaralar” 47 xalla turnir cədvəlinin 5-ci pilləsində yer alıb.

Meydan sahibləri isə 14 xalla elitadan düşməyə namizəddir.