BAKI, 5 may. TELEQRAF

İngiltərə Premyer Liqasında “Everton” doğma meydanda “Mançester Siti” ilə 3:3 hesablı heç-heçə edib.

Teleqraf xəbər verir ki, qonaq komandanın heyətində Ceremi Doku (43 və 90+7-ci dəqiqələr) və Erlinq Holand (83) fərqlənib. “Everton”da isə Tierno Barri (68, 81) və Ceyk O’Brayen (73) qolları ilə yadda qalıb.

Qeyd edək ki, “Mançester Siti” Premyer Liqada son 12 oyunda məğlub olmayıb (8 qələbə, 4 heç-heçə). Komanda 34 turdan sonra 71 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Lider “Arsenal”ın aktivində 35 oyundan 76 xal var. “Everton” isə 48 xalla 10-cu sıradadır.

Növbəti turda “Mançester Siti” mayın 9-da “Brentford”u qəbul edəcək. “Everton” isə mayın 10-da səfərdə “Kristal Pelas”la qarşılaşacaq.