BAKI, 4 may. TELEQRAF
“Musa Qurbanlının dünənki məşqdə dizində narahatlıq vardı. Daha dəqiqini sabah biləcəyik. Xroniki zədədir”.
Teleqraf xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının XXX turunda “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub etdikləri oyunla bağlı fikirlərini bölüşüb:
“Futbolçularımı təbrik edirəm. Buraxdığımız qolda Koxalskinin də səhvi vardı, sanki ciddiyə almadı. İstənilən halda belə toplara hazır olmalıdır. Zərbə də sevilən zərbə idi. Rəqibin ustalığı da demək olar.
Ramil Şeydayev həmişə seçilən oyunçulardan olub. Məşqlərdə həmişə yaxşı çalışır. Amma az şans qazandı.
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra İntizam Komitəsinin iclası niyə keçirilməyib, bunu bilmirəm. Bir də oyunlar gələn il keçiriləcək (gülür-red.).
“Sabah” və “Zirə”yə Azərbaycan Kubokunun finalında uğurlar arzulayıram. Hansının kuboku qazanmasını istərdim? Bu sualı cavabsız qoyuram".
Q.Qurbanov Çempionlar Liqasında çıxış etməyi arzuladıqlarını qeyd edib: "Böyük turnirlər bizi daha məsuliyyətli edir. Digər tərəfdən Avropa Liqasında tanınmış komandalar var. Məsələn “Bayer” ötən mövsüm Avroliqada oynayırdı. Əvvəlki illərdə Avropa Liqasının qrupunda cəmi bir qələbəmiz olub. Amma Çempionlar Liqasının əsas mərhələsində 10 qələbəmiz var. Burada çox məqamlar var. Məsələn, 2024-cü ildə Çempionlar Liqasının qrupuna düşə bilərdik, amma “Dinamo Zaqreb”ə 1:3 hesabı ilə uduzduq. Bir məşqçi kimi bundan arxayın idim. Amma hər şey ola bilər. Lakin həmin heyətlə Avroliqada cəmi bir qələbəmiz oldu. Ölkədən çıxdın, fərqli komandalar görürsən. Hər kəsin öz məqsədi var. Xeyirlisi, nə olacaqsa gələcəkdə hamımız birgə görəcəyik”.