BAKI, 4 may. TELEQRAF

“Bu oyun ikincilik uğrunda böyük əhəmiyyət daşıyırdı. Buna görə, nəzəri baxımdan həyəcan çox idi”.

Teleqraf xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının XXX turunda səfərdə “Qarabağ”a 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib:

“Ağır oyun oldu. Komandada həyəcan vardı, bu səbəbdən qollar buraxdıq. İlk qola “Qarabağ”ın futbolçusu Leandro Andradenin ustalığı deyərdim. İkincidə isə özümüz boşluq yaratdıq. Futbolçumuz Denis Marandiçi əməliyyat olunub, əməliyyatı uğurlu keçib. Ümidvarıq, növbəti mövsüm qayıdar”.