BAKI, 4 may. TELEQRAF

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları üçün hakim təyinatları açıqlanıb.

Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, sabah keçiriləcək “Arsenal” - “Atletiko Madrid” matçını almaniyalı hakim Daniel Sibert idarə edəcək.

Tərəflər arasında ilk oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Yarımfinalın mərhələsi çərçovəsində baş tutacaq “Bavariya” – PSJ görüşünü isə portuqaliyalı referi Joao Pineyro idarə edəcək. Qarşılaşma mayın 6-da baş tutacaq. İlk oyunda Paris təmsilçisi 5:4 hesablı qələbə qazanıb.