BAKI, 4 may. TELEQRAF
"Barselona"nın yarımmüdafiəçisi Rafinya Diaz Səudiyyə Ərəbistanı klubunun transfer hədəflərindən biri olaraq qalır.
Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubu bu yay ulduz braziliyalı üçün 90 milyon avro ödəməyə hazırdır.
Oyunçunun özünə ildə təxminən 30 milyon avro təklif ediləcəyi gözlənilir.
29 yaşlı futbolçu "Barselona"da qalmaq niyyətində olsa da, o, hələ gələcəyi ilə bağlı yekun qərar verməyib. "Blaugrana"nın aparıcı hücumçusunun hazırkı müqaviləsi 2028-ci ilə qədərdir.