BAKI, 4 may. TELEQRAF

İngiltərə təmsilçisi “Liverpul” İtaliyanın “Napoli” klubunun niderlandlı futbolçusu Sam Beukeman ilə yaxından maraqlanır.

Teleqraf TEAMtalk nəşrinə istinadən xəbər verir ki, Premyer Liqa klubu 2026/2027 mövsümü üçün 27 yaşlı müdafiəçinin transferini nəzərdən keçirir.

İddialara əsasən, “Liverpul” bu transfer üçün təxminən 28 milyon avro ödəməyə hazırdır. Bununla belə, son qərarı “Napoli” verəcək.

Qeyd edək ki, Sam Beukemanın "Napoli" ilə müqaviləsi 2030-cu ilin ortalarına qədər qüvvədədir.