Türkiyə millisinin və "Yuventus"un futbolçusu Kenan Yıldız yığma komanda ilə bağlı hədəflərindən danışıb.

Teleqraf xəbər verir ki, 20 yaşlı oyunçu qarşıdan gələn Dünya Kubokunun onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

Yıldız turnirin karyerasında ən həyəcanlı təcrübələrdən biri olacağını vurğulayıb:

“Son Avropa çempionatında yaxşı çıxış edən və böyük potensiala malik komandayıq. Seçmə mərhələləri keçmək üçün üzərimizdə böyük təzyiq var idi. Dünya Kubokunda yaxşı nəticə göstərə biləcəyimizə inanıram. Ümid edirəm ki, qrup mərhələsini keçəcəyik, sonra nə olacağını isə zaman göstərəcək”.

Qeyd edək ki, Türkiyə yığması DÇ-2026-nın qrup mərhələsində ev sahibi ABŞ, Uruqvay və Avstraliya ilə D qrupunda yarışacaq.