BAKI, 26 aprel. TELEQRAF
“Qarabağ”la aramızda səviyyə fərqi var. Biz də o mərhələyə çatmaq istəyirik".
Teleqraf xəbər verir ki, bunu "Neftçi"nin məşqçisi Vitali Vernidub Azərbaycan Premyer Liqasının XXIX turunun "Qarabağ"la (1:5) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.
Mütəxəssis böyükhesablı məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib:
"Əlbəttə ki, "Qarabağ"la oyuna hazırlaşmışdıq. Düşünürsüz ki, biz onları təhlil etməmişdik? Dediyiniz oyunçular Çempionlar Liqasında oynayırlar, orada da öz səviyyələrini göstərirlər. Ona görə də bizim oyunçular da bu sualı özlərinə verməlidirlər ki, onlar da daha yaxşı oynaya bilərdilər, ya yox? Bu sualı biz məşqçilər olaraq, özümüzə verəcəyik. Biz həqiqətən taktiki aspektləri daha yaxşılaşdıra bilərdikmi? Bir daha elan edirəm ki, bunu hər kəs qəbul etməli və anlamalıdır. Hər bir oyunçu öz ambissiyalarını "Neftçi"dən aşağı saxlamalıdır. Çünki hər şeydən əvvəl "Neftçi"dir. Öz xarakterini, incikliyini unutmaq lazımdır.
Rəqibi təhlil etmişdik. Sadəcə Musa həmin epizodlarda müdafiəni yara bildi. İlk növbədə öz mövqeyimizi bilməliyik, oyunu təhlil etməli və nəticə çıxarmalıyıq. Hesaba görə azarkeşlərdən üzr istəyirəm".