BAKI, 22 aprel. TELEQRAF

İspaniyalı mütəxəssis Xabi Alonso İngiltərənin “Çelsi” klubunu çalışdıra bilər.

Teleqraf İngiltərə mətbuatına istinadən xəbər verir ki, hazırki baş məşqçi Liam Roseniorun Premyer Liqa klubundakı gələcəyi sual altındadır.

Uzunmüddətli müqaviləyə baxmayaraq, uğursuz nəticələr və qeyri-sabit performans mövsümün sonunda rəhbərliyi qərar verməyə məcbur edə bilər. London təmsilçisi hazırda 44 yaşlı mütəxəssisin təyinatını nəzərdən keçirir.

Alonsonun adı daha əvvəl “Liverpul”la hallansa da, Arne Slotun komandada qalması digər klubların planlarına da təsir edib.

Qeyd edək ki, Xabi Alonso 2025-ci ilin yayından 2026-cı ilin yanvarınadək “Real Madrid”i çalışdırıb.