BAKI, 20 aprel. TELEQRAF
İngiltərə Premyer Liqası təmsilçisi “Çelsi” argentinalı futbolçusu Alexandro Qarnaçonu satmağa hazırlaşır.
Teleqraf "talkSPORT"a istinadən xəbər verir ki, London klubunun rəhbərliyi 21 yaşlı vingerin transferinin özünü doğrultmadığını bildirib.
Qarnaço 2025-ci ilin avqustunda “Mançester Yunayted”dən “Çelsi”yə 40 milyon avroya transfer olunub. Tərəflər arasında qüvvədə olan müqavilə 2032-ci ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, cari mövsümdə futbolçu bütün turnirlərdə 39 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.