BAKI, 20 aprel. TELEQRAF

Türkiyə təmsilçisi “Qalatasaray” qış transfer pəncərəsində İtaliyanın “Napoli” klubundan icarəyə götürdüyü Noa Lanq ilə bağlı sürpriz qərar verib.

Teleqraf "Calcio Napoli 24"ə istinadən xəbər verir ki, İstanbul klubu mövsümün sonunda 26 yaşlı niderlandlı futbolçunun satınalma opsiyasından istifadə etməyəcək.

Bu halda Lanq yayda “Napoli”yə geri dönəcək.

Qeyd edək ki, Noa Lanq cari mövsüm “sarı-qırmızılılar”ın heyətində 14 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.