BAKI, 18 aprel. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXVIII turunda “Karvan-Yevlax” və “Şamaxı” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Baş hakim Emin Əliyevin idarə etdiyi görüşdə yeganə qolu 39-cu dəqiqədə Coy-Slayd Mikels vurub.
Bu nəticədən sonra xallarını 14-ə çatdıran Yevlax təmsilçisi turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb, “şirlər” isə 32 xalla 8-ci sırada yer alıb.
Qeyd edək ki, günün növbəti matçında “Qarabağ” “Sabah”ı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 19:30-da start götürəcək.