BAKI, 17 aprel. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXVIII turunda “Araz-Naxçıvan” və “Turan Tovuz” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, “SOCAR Polymer Arena”da baş tutan görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Baş hakim Rauf Cabarovun idarə etdiyi matçda qolları İbrahima Vadji (71-ci dəq) və Joarlem Santos (82-ci, 90+2-ci dəq) vurublar.
Bu nəticədən sonra Kurban Berdıyevin komandası xallarını 55-ə çatdıraraq turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib, Andrey Demçenkonun kollektivi isə 39 xalla 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, günün növbəti matçında “Zirə” “Neftçi”ni qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq oyun saat 19:30-da start götürəcək.