BAKI, 17 aprel. TELEQRAF
Avstriyalı müdafiəçi David Alaba mövsümün sonunda "Real Madrid"dən ayrılacaq.
Teleqraf xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, Madrid təmsilçisi Alabanın bu yay başa çatacaq müqaviləsini yeniləməyəcək.
Artıq bir neçə klub müdafiəçiyə təklif göndərib.
Qeyd edək ki, Alaba 2021-ci ilin yayından bəri "Real Madrid"də oynayır. "Bavariya"dan transfer olunan 33 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə cəmi 13 oyunda meydana çıxıb.