BAKI, 16 aprel. TELEQRAF
Bu gün UEFA Konfrans Liqasının yarımfinalçıları bəlli olacaq.
Teleqraf xəbər verir ki, ümumilikdə dörd qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “AZ Alkmaar” (Niderland) ilə “Şaxtyor Donetsk” (Ukrayna) üz-üzə gələcək. Bu qarşılaşma saat 20:45-də baş tutacaq.
Digər matçlarda isə “Fiorentina” (İtaliya) klubu “Kristal Pelas” (İngiltərə) ilə qarşılaşacaq.
UEFA Konfrans Liqası
1/4 final mərhələsi
16 aprel
20:45, “AZ Alkmaar” (Niderland) - “Şaxtyor Donetsk” (Ukrayna)
(ilk oyun 0:3);
23:00, “Fiorentina” (İtaliya) - “Kristal Pelas” (İngiltərə)
(ilk oyun 0:3);
23:00, “Strasburq” (Fransa) - “Maynts 05” (Almaniya)
(ilk oyun 0:2);
23:00, AEK (Afina, Yunanıstan) - “Rayo Valyekano” (İspaniya)
(ilk oyun 0:3).