BAKI, 16 aprel. TELEQRAF

Bu gün UEFA Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

Teleqraf xəbər verir ki, ümumilikdə dörd qarşılaşma baş tutacaq.

Günün ilk oyununda İspaniya təmsilçisi “Selta Viqo” və Almaniyanln “Frayburq” komandası üz-üzə gələcək. Bu qarşılaşma saat 20:45-də, digərləri isə 23:00-da baş tutacaq.

İngiltərənin “Nottingem Forest” komandası isə Portuqaliya təmsilçisi “Portu”nu qəbul edəcək.

UEFA Avropa Liqası
1/4 final mərhələsi

16 aprel

20:45, “Selta Viqo” (İspaniya) - “Frayburq” (Almaniya)

(ilk oyun 0:3);

23:00, “Aston Villa” (İngiltərə) - “Bolonya” (İtaliya) (ilk oyun 3:1);

23:00, “Real Betis” (İspaniya) - “Braqa” (Portuqaliya) (ilk oyun 1:1);

23:00, “Nottingem Forest” (İngiltərə) - “Portu” (Portuqaliya) (ilk oyun 1:1).