BAKI, 15 aprel. TELEQRAF
Çempionşip təmsilçilərindən "Koventri Siti"nin baş məşqçisi Frank Lempard Premyer Liqa klublarından birini çalışdıra bilər.
Teleqraf xəbər verir ki, "Bornmut" ingilis məşqçinin xidmətində maraqlıdır.
Komandanın hazırkı baş məşqçisi Andoni İraola cari mövsümün sonunda komandadan ayrılacaq. 2023-cü ilin yayından komandanı çalışdıran ispaniyalının müqaviləsi bu ilin iyun ayında başa çatacaq.
Qeyd edək ki, Lampardın rəhbərliyində "Koventri” Çempionşipə liderlik edir. “Bornmut” isə Premyer Liqada 11-ci pillədə qərarlaşıb.