BAKI, 14 aprel. TELEQRAF
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxıb.
Teleqraf xəbər verir ki, yığma Çexiya ilə üz-üzə gəlib.
Xorvatiyanın Luçko şəhərindəki keçirilən qarşılaşma rəqibin 9:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-19 yığması bundan öncə Xorvatiyaya 0:6 hesabı ilə məğlub olub. Milli komanda aprelin 17-də Gürcüstanla üz-üzə gələcək.