BAKI, 14 aprel. TELEQRAF

İngiltərənin "Brayton" klubunun və Niderland milli komandasının qapıçısı Bart Verbrüggen karyerasını Avropanın böyük klublarından birində davam etdirə bilər.

Teleqraf xəbər verir ki, bu barədə tanınmış jurnalist Əkrəm Konur sosial mediada məlumat yayıb.

Bildirilir ki, PSJ , “Bavariya”, “Çelsi”, “Arsenal” və xüsusilə “İnter” 23 yaşlı qapıçı ilə ciddi maraqlanır.

"Transfermarkt" Verbruggenin dəyərini 40 milyon avro olaraq qiymətləndirir .

Qeyd edək ki, cari mövsüm o, Premyer Liqada 32 oyunda 37 qol buraxıb və səkkiz dəfə qapısını toxunulmaz saxlayıb.