BAKI, 14 aprel. TELEQRAF
Türkiyə Super Liqası təmsilçisi “Qaziantep”in baş məşqçi postundan istefa verən Burak Yılmazın Türkiyə Futbol Federasiyası (TFF) və qurumun 2-ci vitse-prezidenti Fuat Göktaş barədə səsləndirdiyi iddialar gündəmi zəbt edib.
Teleqraf xəbər verir ki, XXIX turda “Çaykur Rizespor”a 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra vəzifəsindən ayrıldığını açıqlayan mütəxəssis hakimlik və federasiyanın fəaliyyətini sərt tənqid edib.
MHK sədri Ferhat Gündoğdu ilə bağlı danışan Yılmaz bildirib: “MHK sədri pisdir. Niyə istefa vermir? Niyə toxunulmazdır? Hakimlər çox zəifdir, "Qalatasaray" da, "Karagümrük" də şikayət edib. Bu sistem necə düzələcək? Dost-tanış münasibətləri ilə idarə olunur, bu şəkildə düzəlməz. Mən bu gün istefa verirəm. Çünki yoruldum. Burada ədalətsizlik, hörmətsizlik və haqsızlıq var. Bunu təkcə mən deyə bilirəm, çünki mənim alnım açıqdır, qaranlıq işlərim yoxdur, Allaha şükür. Amma bu belə davam edə bilməz. Milli komandamızı Dünya Çempionatına apardılar, başımızın üstündə yeri var. Türk futbolu hara gedir? Dibə çökür, hamı hakimi danışır. Mənə cəza verəcəklərsə, versinlər. Amma bunu kiminsə deməsi lazımdır. Doğrunu söyləmək lazımdır".
Ətraflı video: