BAKI, 14 aprel. TELEQRAF
"Qəbələ" futbolçusu Prins Ovusu ilə müqavilənin müddətini uzadıb.
Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflar arasında 2028-ci ilin iyununa qədər anlaşma imzalanıb.
Qeyd edək ki, 20 yaşlı vinger "Qəbələ"nin heyətində keçirdiyi 29 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Qananın Nayan Akademiyasından transfer olunan futbolçu ötən mövsüm "Qəbələ"nin U-19 komandasında çıxış edib.