BAKI, 12 aprel. TELEQRAF
TOVUZ, 12 aprel. TELEQRAF
“Hakimləri tanımıram. Neynəmək olar, kim təyinat alsaydı, etiraz etməzdim. oynamaq lazım idi, oynamalıydıq”.
Teleqraf xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının XXVII turunda “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub etdikləri oyunla bağlı danışıb:
“Qarşıdakı oyunlara hazırlaşacağıq. Avrokuboklara bu heyğtlə nə qədər hazırıq, indidən bu barədə danışmaq tezdir. Əsas məsələ ora düşəcəyik, ya düşməyəcəyik. Hələ ora çatmamışıq. Avrokuboklara vəsiqə əldə etsək, oyunlarımızın Tovuzda keçirilməsini istəyərəm.
Müqaviləmin uzadılması ilə
bağlı danışmaq istəmirəm. Bu, klubdaxili məsələdir. Hər şey ürəyimcədir, hər şey əladır”.