BAKI, 11 aprel. TELEQRAF

Azərbaycan Premyer Liqasının XXVII turunda “Neftçi” və "Araz-Naxçıvan” komandaları qarşılaşıb.

Teleqraf xəbər verir ki, "Palms Sports Arena"da baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Ağ-qaralar"ın heyətində İmad Faraj (32) və Breno Almeyda (57) fərqləniblər.

Qonaq komandada isə Slavik Alxasov (65) dəqiq zərbə müəllifi olub.

Bu nəticədən spnea "Neftçi" 43 xalla turnir cədvəlinin 5-ci pilləsində, "Araz-Naxçıvan" isə 39 xalla 6-cı pillədə yer alıb.

Qeyd edək ki, bu gün baş tutan oyunlarda "Şamaxı" - "Qarabağ"la 0:0) və "Sabah" - "Zirə" (2:2) ilə heç-heçə edib. Daha öncə isə “Karvan-Yevlax" "Kəpəz"i (4:1) məğlub edib.