BAKI, 11 aprel. TELEQRAF
İspaniya çempionatının 31-ci turunda Madridin “Real” klubu doğma meydanda “Jirona” ilə 1:1 hesablı heç-heçə edib.
Teleqraf xəbər verir ki, qarşılaşma “Santyaqo Bernabeu” stadionunda baş tutub. “Real”ın heyətində Federiko Valverde 51-ci dəqiqədə fərqlənib. “Jirona”da isə Toma Lemar 62-ci dəqiqədə hesabı bərabərləşdirib.
Bu nəticədən sonra “Real” turnir cədvəlində 70 xalla ikinci pillədə qərarlaşıb. Lider “Barselona”nın 76 xalı var və ehtiyatda bir oyunu mövcuddur. “Jirona” isə 38 xalla 12-ci yerdədir.
Növbəti turda “Real” aprelin 21-də “Alaves”i qəbul edəcək. “Jirona” isə həmin gün öz meydanında “Betis”lə qarşılaşacaq.