BAKI, 10 aprel. TELEQRAF

Azərbaycan Premyer Liqasının XXVII turunda “Kəpəz” və “Karvan-Yevlax” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Nicat İsmayılovun idarə etdiyi görüşdə qolları Rauf Rüstəmli (38, 45+1, 90+4-cü dəq.) və Eltun Turabov (65-ci dəqiqə) vurublar. Qonaq komandanın heyətində isə Fərid Nəbiyev fərqlənib.

Bu nəticədən sonra Fizuli Məmmədovun komandası 11 xalla turnir cədvəlinin 12-ci, Azər Bağırovun komandası isə 19 xalla 11-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, tura aprelin 12-də yekun vurulacaq.