BAKI, 10 aprel. TELEQRAF

İtaliya millisinə müvəqqəti baş məşqçi təyin olunub.

Teleqraf xəbər verir ki, gənclər yığmasının baş məşqçisi Silvio Baldini yaxın oyunlarda yığmaya rəhbərlik edəcək.

68 yaşlı mütəxəssis İtaliya yığmasının iyunun 3 və 7-də Lüksemburq və Yunanıstana qarşı yoldaşlıq görüşlərinə hazırlayacaq.

Qeyd edək ki, İtaliya yığması DÇ-2026-ya vəsiqə qazanmadığlndan Cennaro Qattuzo aprelin 3-də vəzifəsindən istefa verib. 1984-cü ildən məşqçilik fəaliyyətinə başlayan Silvio Baldini karyerası ərzində İtaliyada 20-yə yaxın kluba rəhbərlik edib. İtaliya millisi sentyabr ayında UEFA Millətlər Liqasının qrup mərhələsində mübarizəyə başlayacaq.