BAKI, 10 aprel. TELEQRAF
“Bavariya”nın futbolçusu Lennart Karl qeyri-müəyyən müddətə sıradan çıxıb.
Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçiyə sağ budun arxa hissəsinin əzələsinin qopması diaqnozu qoyulub.
Qeyd edək ki, Lennart Karl cari mövsümdə Almaniya Bundesliqasında 24 oyunda 5 qol vurub və 5 məhsuldar ötürmə edib. O, Çempionlar Liqasında keçirdiyi 7 oyunda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıbvar.