BAKI, 10 aprel. TELEQRAF

"Kəpəz"in futbolçusu Məqsəd İsayev əməliyyat olunub.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçinin əməliyyatı Türkiyənin İstanbul şəhərində baş tutub.

İsayevin çarpaz bağlarında aparılan cərrahi müdaxilə uğurla keçib.