BAKI, 9 aprel. TELEQRAF

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adını açıqlayıb.

Teleqraf xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin 1/4 final mərhələsinin ilk oyunlarının yekunlarına əsasən, bu ada "Bavariya"nın qapıçısı Manuel Noyer layiq görülüb.

40 yaşlı almaniyalı qolkiper Madrid "Real"ına qarşı səfər matçında 9 qurtarış edərək Münhen təmsilçisinin 2:1 hesablı qələbə qazanmasında böyük pay sahibi olub.

Qeyd edək ki, Noyerin rəqibləri David Raya ("Arsenal"), Yulian Alvares ("Atletiko") və Xviça Kvaratsxeliya (PSJ) olub.