BAKI, 9 aprel. TELEQRAF

AFFA Azərbaycan Premyer Liqasının XXVI turu ilə bağlı cəzaları açıqlayıb.

Teleqraf xəbər verir ki, qərarlar bu gün keçirilən İntizam Komitəsinin iclasında qəbul olunub.

“Zirə” – “Şamaxı” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Zirə” komandası 2000 manat cərimələnib. Qarşılaşmanın 53-cü dəqiqəsində “Şamaxı” komandasının 11 nömrəli futbolçusu Dioqo Balau ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyunluq cəza alıb, “şirlər” isə 1000 manat ziyana düşüb.

XXVI turun “Araz-Naxçıvan” – “Sabah” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib. Oyun bitdikdən sonra “Araz-Naxçıvan” komandasının baş məşqçisi Andrey Demçenko hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb, "qırmızı-qaralar" isə 2500 manat cərimə olunub.