BAKI, 9 aprel. TELEQRAF
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçirilib.
Teleqraf xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
PSJ Fransada "Liverpul"u qəbul edib. Meydan sahibləri iki cavabsız qolla qələbə qazanıb - 2:0.
İspaniyada isə "Barselona" ilə "Atletiko" üz-üzə gəlib. Kataloniya klubu madridlilərə 0:2 hesabı ilə uduzub.
UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
8 aprel
PSJ (Fransa) – "Liverpul" (İngiltərə) - 2:0
Qollar: Doue, 11, Kvaratsxeliya, 65
"Barselona" (İspaniya) – "Atletiko" (İspaniya) - 0:2
Qollar: Alvares, 45, Sörlot, 70
Qırmızı vərəqə: Kubarsi, 44