BAKI, 8 aprel. TELEQRAF

Türkiyə Superliqasının XXVIII turunda “Beşiktaş”la derbidə zədələnən “Fənərbağça”nın futbolçusu Marko Asensio təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Teleqraf "Hürriyət"ə istinadən xəbər verir ki, MRT müayinəsindən keçən ulduz futbolçunun dizində güclü ödem olduğu müəyyənləşib.

Şişkinlik azaldıqdan sonra Asensio yenidən müayinədən keçəcək.

Qeyd edək ki, ispaniyalı yarımmüdafiəçi dizindən aldığı zədəyə görə "Beşiktaş"la oyunun 21-ci dəqiqəsində əvəzlənib. Marko Asensio cari mövsüm “Fənərbağça”nın heyətində 37 oyunda 13 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.