BAKI, 8 aprel. TELEQRAF

Almaniyanın “Ayntraxt Frankfurt” klubunda çıxış edən Türkiyə millisinin üzvü Can Uzun mövsümün sonunda komandasını dəyişə bilər.

Teleqraf "Bild"ə istinadən xəbər verir ki, buna səbəb 20 yaşlı futbolçunun baş məşqçi Albert Riera tərəfindən az şans qazanmasıdır.

Can Uzun ilə hazırda İtaliya təmsilçisi “Milan” maraqlanır. Qış transfer pəncərəsində isə “Nyukasl”, “Aston Villa” və “Tottenhem” də futbolçunu heyətinə qatmaq istəyirdi.

Türkiyə millisinin heyətində 2026-cı il dünya çempionatında iştirak etmək istəyən gənc futbolçu üçün müntəzəm oyun praktikası böyük əhəmiyyət daşıyır. Can Uzun mövsümün sonuna qədər vəziyyəti izləyəcək və yetərincə şans qazanmadığı təqdirdə komanadadan ayrılacaq.

Qeyd edək ki, 2024-cü ilin yayından "Ayntraxt"ın formasını geyinən 21 yaşlı futbolçunun müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub.